Maşını ağaca çırpıb, həlak oldu
11 oktyabr 2012 03:55 (UTC +04:00)

Maşını ağaca çırpıb, həlak oldu

Lent.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Xaçmaz rayonu Əlibəy kəndinin sakini Babayev Saleh Qərib oğlunun idarə etdiyi “VAZ 21011” markalı avtomobil yolun sağ tərəfində ağca çırpılaraq aşıb. Qəza nəticəsində 32 yaşlı sürücü hadisə yerində ölüb, avtomobil isə yararsız vəziyyətə düşüb.

Faktla bağlı məlumat verən Xaçmaz rayon polis şöbəsinin müstəntiqi Hafiz Əliyev ilkin ehtimala görə, sürücünün sərxoş olduğunu və sürət həddini aşdığını bildirib. Dəqiq səbəblərin məhkəmə tibbi ekspertizasının rəyindən sonra məlum olacağını deyən Hafiz Əliyev Xaçmaz morqunda olan meyitin araşdırmanın başa çatmasından sonra ailəsinə təhvil veriləcəyini qeyd edib.
# 1382

Oxşar yazılar