Hava nisbətən soyuyacaq
11 oktyabr 2012 00:10 (UTC +04:00)

Hava nisbətən soyuyacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə olan hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-20, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 11-də hava şəraitinin gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyinin sürəti saniyədə 5-10 metr təşkil edəcək. Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
# 1035

Oxşar yazılar