Xaçmazda maşın vuran 11 yaşlı qız ölümdən dönüb
09 oktyabr 2012 01:27 (UTC +04:00)

Xaçmazda maşın vuran 11 yaşlı qız ölümdən dönüb

Xaçmaz rayonu, Müqtədir qəsəbə sakini Nicat Atakişiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə Xudat şəhəri, Heydər Əliyev prospektində piyada 11 yaşlı Xudat şəhər sakini Həmrayeva Nazpəri Canəhməd qızını vurub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, o müxtəlif dərəcəli xəsarətlərlə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
# 1063

Oxşar yazılar