"Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verildi
03 may 2024 16:03 (UTC +04:00)

"Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verildi

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə klubunda fəaliyyətini davam etdirəcək.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, “qırmızı şeytanlar” hazırda növbəti mövsümə komandanın sükanı arxasında ten Haqla başlamağı planlaşdırır.

"Mançester Yunayted"in yeni sahibləri inanırlar ki, ten Haqa uğur qazanmaq üçün şərait yaradılmayıb. Bundan əlavə, onlar maliyyə aspektini də nəzərə alırlar – baş məşqçinin işdən çıxarılması və yeni məşqçi axtarışı əlavə investisiyalar tələb edəcəkdir.

Ten Haq 2022-ci ilin yayında Hollandiyanın “Ayaks” klubundan keçərək "Mançester Yunayted"in baş məşqçisi olub. Ümumilikdə 53 yaşlı mütəxəssis bütün turnirlərdə 109 oyun keçirib ki, bunun da 65-də komandası qalib gəlib, 15-də heç-heçə edib və 29-da məğlub olub.

Xatırladaq ki, “qırmızı şeytanlar” Premyer Liqanın turnir cədvəlində 34 oyunda 54 xal toplayaraq altıncı pillədə qərarlaşıb və Çempionlar Liqası zonasından 13 xal geri qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2229
avatar

Oxşar yazılar