Ombudsman MTN təcridxanasında saxlanılanlarla görüşüb
08 oktyabr 2012 20:32 (UTC +04:00)

Ombudsman MTN təcridxanasında saxlanılanlarla görüşüb

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Süleymanova orada saxlanılan şəxslərlə təkbətək görüşüb, onların saxlanılma şəraiti və vəziyyəti ilə tanış olub, həmin şəxslərə hüquqları izah edilib. Söhbət aparılmış şəxslər istintaq təcridxanasında saxlanılma şəraiti ilə əlaqədar şikayətlərinin, müəssisə əməkdaşlarının onlara qarşı rəftarı ilə bağlı narazılıqlarının olmadığını söyləyiblər. Onlar qida rejiminə əməl olunduğunu, müvafiq qanunvericiliyə uyğun olaraq gəzinti, həmçinin tibbi xidmətlər və dərman preparatları ilə müntəzəm təmin edildiklərini bildiriblər.

Təcridxananın ərzaq anbarına baxış zamanı ərzaqların keyfiyyətli və istifadə müddətinin yararlı olduğu, saxlanılan şəxslərə qidanın vaxtlı-vaxtında verildiyi müəyyən edilib.
# 702

Oxşar yazılar