Macarıstan və Azərbaycan arasında turizm danışıqları
08 oktyabr 2012 17:56 (UTC +04:00)

Macarıstan və Azərbaycan arasında turizm danışıqları

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 4-8 oktyabrda Macarıstanın aparıcı turizm şirkətləri, agentlikləri və kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət 15 nəfərlik qrupun ölkəmizə infoturu təşkil olunub. Nazirliyin mətbuat konfransından Lent.az-a istinadən verdiyi xəbərə görə, qrupun tərkibində "Quaestor", "Cartour", "İbusz", "Neckermann", "Tensi", "Napi gazdasag", "GoUtazas Magazine", "Vista" turizm şirkətlərinin, "Türk Hava Yolları" şirkətinin və "Nepszabadsag", "RTL Klub", "Turizmus Trend Magazin", "İnfo Radio", "1000 Ut" kütləvi informasiya vasitələrinin nümayəndələri təmsil olunublar. Səfər çərçivəsində qonaqlar Quba rayonunda keçirilən "Alma" festivalında iştirak edib və Xınalıq kəndinə səfər ediblər.

Həmçinin infotur zamanı xarici şirkətlərin nümayəndələri ilə Azərbaycanın daxili turizmin inkişafı ilə məşğul olan turizm şirkətlərinin əməkdaşları arasında qarşılıqlı turist mübadiləsinə dair danışıqlar aparılıb.

Jalə
# 601

Oxşar yazılar