Müşfiqabadda məcburi köçkünlər üçün nəhəng binalar
Qaradağ rayonun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün inşa olunan çoxmənzilli binaların tikintisi başa çatmaq üzrədir. Artıq 20 ədəd beşmərtəbəli binanın hamısında mənzillərin təmirinə də start verilib.
Lent.az-ın məlumatına görə, hazırda yeni qəsəbədə binaların dam örtükləri vurulur, ətraf ərazilərdə abadlıq işləri aparılır. Bundan başqa, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişinə uyğun olaraq, qəsəbədə 1296 yerlik şagird üçün 4 mərtəbəli məktəb binası inşa olunub. Həmçinin burada inşa olunan 2 mərtəbəli uşaq bağçasında məcburi köçkün ailələrdən olan 140-dək uşaq təlim-tərbiyə ilə təmin olunacaq. Hazırda bu tərbiyə müəssisəsinin həyətyanı sahəsində uşaqların əyləncə qurğuları quraşdırılır.
Tikinti işlərinə nəzarət edən tikinti briqadasının nümayəndələri əməkdaşımıza bildiriblər ki, burada inşa olunan 20 ədəd beşmərtəbəli binalarda mənzillərin ümumi sahəsi 78 min 260 kvadratmetrdir. Binalarda birotaqlı mənzillərin sahəsi 41,92 kvadratmetr, ikiotaqlılarda 61,74 kvadratmetr, üçotaqlılarda 85,84 kvadratmetr, dördotaqlı mənzillərdə isə 99,73 kvadratmetrdir. Bütün mənzillərdə hamam, sanitar qovşaq, açıq balkon və mətbəx lazımı avadanlıqla tam təchiz olunub. Binalardakı mənzillərin 211-i bir, 659-u iki, 428-i üç, 141-i isə dördotaqlıdır. Ümumilikdə bu mənzillərdə 1440 məcburi köçkün ailəsi məskunlaşacaq.
Yeni qəsəbədə həmçinin klub-kitabxana, tibb məntəqəsi, poçt şöbəsi, yanğın deposu, 2 istilik qazanxanası, 3 elektrik yarımstansiyası və digər sosial təyinatlı obyektlər də inşa olunur. Bundan başqa, qəsəbənin ən hündür yerində istirahət parkının salınması da planlaşdırılır. Artıq 4,1 hektar ərazini əhatə edəcək parkın salınmasına da başlanıb. Üstəlik burada qəsəbədaxili yolların salınması ilə bağlı layihə də hazırlanıb. Həmin layihəyə əsasən, qəsəbədə uzunluğu 5,7 kilometr beton örtük və asfalt yol salınacaq.
Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün çoxmənzilli binaların tikintisinə bu ilin fevralında başlanıb. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində bildirirlər ki, yeni binalarda Bakı Dövlət Universitetinin tələbə şəhərciyində məskunlaşmış məcburi köçkünlər üçün nəzərdə tutulub. Köçürmə prosesinə gələn ay start veriləcək və dekabrın ortalarınadək məskunlaşdırma prosesi tam başa çatacaq.
Xatırladaq ki, hazırda Bakı şəhərində məskunlaşmış məcburi köçkünlər üçün Abşeron rayonunun Masazır qəsəbəsində də çoxmənzilli binalar tikilir. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində deyirlər ki, Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) tələbə yataqxanasında məskunlaşan məcburi köçkünlər üçün nəzərdə tutulan binaların gələn ilin mart-aprel ayında istifadəyə verilməsi planlaşdırılır. Masazırdakı 13 ədəd beşmərtəbəli binadan ibarət yeni şəhərciyə ADNA-nın yataqxanasında məskunlaşan 760 ailə köçürüləcək.
Eltac İsazadə

5158