İctimaiyyətin korrupsiyaya qarşı mübarizə istiqamətində məlumatlandırılma səviyyəsi öyrənilib
05 sentyabr 2012 12:08 (UTC +04:00)

İctimaiyyətin korrupsiyaya qarşı mübarizə istiqamətində məlumatlandırılma səviyyəsi öyrənilib

Media İnkişaf Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan ictimaiyyətinin korrupsiyaya qarşı mübarizə istiqamətində məlumatlandırılma səviyyəsinin öyrənilməsi” layihəsi başa çatıb.

Lent.az-ın verdiyi məlumata görə, 5 ay ərzində həyata keçirilən layihə çərçivəsində beş gündəlik qəzetdə, beş saytda və 3 informasiya agentliyində korrupsiyaya qarşı mübarizənin gedişi ilə bağlı yayılmış, əldə olunmuş məlumatların monitorinqi aparılıb.

Bu məlumatların monitorinqi cədvəl şəklində aylıq tərtib edilib, nəticələr ümumiləşdirilib icmal şəklində hazırlanır.

Media İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Qabil Abbasoğlu layihə çərçivəsində görülən işlərlə bağlı KİV-lərə və ictimaiyyətə ətraflı məlumat veriləcəyi söyləyib. Bundan başqa, nəticələr həm də arxivləşdiriləcək və vətəndaş cəmiyyəti institutlarına, mediaya, bu sahədə maraqlı olan təşkilatlara və müvafiq dövlət orqanlarına təqdim ediləcək.
# 604

Oxşar yazılar