Hava buludlu olacaq
04 sentyabr 2012 00:10 (UTC +04:00)

Hava buludlu olacaq

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Şimal küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-23, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 4-də əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gecə və axşam bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti təşkil edəcək.
# 900

Oxşar yazılar