Texnikumlara ərizə qəbulu başa çatdı
24 avqust 2012 17:13 (UTC +04:00)

Texnikumlara ərizə qəbulu başa çatdı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ərizələrin qəbulu internet vasitəsilə avqustun 1-dən etibarən aparılıb.



Hər bir abituriyent eyni zamanda müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli olan 12-dək ixtisas kodunu seçə bilər.

Qeyd edək ki, cari ildə 9 illik təhsil bazasında 47 orta ixtisas təhsili müəssisəsində ayrılan plan yerlərinin sayı 10404-dir. Onlardan 4866 dövlət sifarişi üzrə, 5538 yer isə ödənişli əsaslarladır.
# 1190

Oxşar yazılar