Qısamüddətli yağış yağacaq
22 avqust 2012 00:10 (UTC +04:00)

Qısamüddətli yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, avqustun 22-də gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Mülayim şimal –qərb küləyi gündüz cənub şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-23, gündüz 28-33 dərəcə təşkil edəcək.

Abşeron çimərliklərində, Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgə, Zaqulbada dəniz suyunun hərarəti 24-25 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlana 25-26 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə olacaq.


Azərbaycanın rayonlarında gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə saatlarında 20-25, gündüz saatlarında 27-32, dağlarda gecə 12-17, gündüz isə 19-24 dərəcə isti olacaq.
# 1802

Oxşar yazılar