Masallıda hərbi vətənpərvərlik düşərgəsi təşkil edilib - FOTO
21 avqust 2012 13:36 (UTC +04:00)

Masallıda hərbi vətənpərvərlik düşərgəsi təşkil edilib - FOTO

Bakı Şəhər Gənclər və İdman baş İdarəsi və “Gənclərin Töhfəsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə avqustun 15-20-də Masallıda “Gənclər Ali Baş Komandanın əmrinə hər an hazırdır" devizi altında III hərbi vətənpərvərlik düşərgəsi həyata keçirib. Lent.az-ın məlumatına görə, düşərgədə 40 gənc iştirak edib. “Gənclər Ali Baş Komandanın əmrinə hər an hazırdır” devizi altında hərbi vətənpərvərlik düşərgəsi əsas gəncliyə vətənpərvərlik ruhunun geniş təbliğatını, idman və fiziki təlimlər, hərbi-taktiki biliklərin, nizam-intizam qaydalarının, ordu və döyüş haqqında məlumatların öyrədilməsini, gənclərin istirahətinin səmərəli keçirilməsini nəzərdə tutub.

Düşərgə maarifçilik və hərbi hazırlıq funksiyasını daşımaqla bərabər gənclərin asudə vaxtının səmərəli təşkilinə hesablanıb. Layihə nəticəsində proqram çərçivəsində tarixi və vətənpərvərlik ruhunda filmlər nümayiş etdirilib, Azərbaycan milli maraqları, ordu quruculuğu mövzusunda məruzələr edilib, müxtəlif yarışlar, idman oyunları təşkil olunub, əməliyyat tapşırıqları keçirilib, ehtiyatda olan generallarla, peşəkar zabitlərlə görüşlər keçirilib. Əsasən gənclərin proseslərə fəal cəlb edilməsi üçün qeyri-fəal təlim metodlarından istifadə edilib. İştirakçılar düşərgə daxili çempionatlarda iştirak ediblər.

Düşərgə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Gənclərin Töhfəsi” İctimai Birliyinin birgə həyata keçirdiyi III hərbi vətənpərvərlik düşərgəsidir və hər il müntəzəm olaraq keçirilməsi nəzərdə tutulub.
# 1815

Oxşar yazılar