Zuhtəvəndin zəhəri və ya unutmayın!
29 avqust 2022 12:38 (UTC +04:00)

Zuhtəvəndin zəhəri və ya unutmayın!

O, adi diplomat deyil, Xameneyinin siyasi müşavirlərindən biridir. İranın beyin  mərkəzlərinin birində çalışır və bu ölkənin siyasətinin müəyyənləşməsində iştirak edir. Onun fikirləri əslində İran rejiminin Azərbaycana qarşı məkrlinin nümunəsidir. 
Söhbət İranın İtaliyadakı keçmiş səfiri Əbülfəz Zuhtəvənd adlı birisindən gedir. Azərbaycanın hər uğuruna qısqanclıq edir, qonşumuz. 
Azərbaycanın hər uğurunu təhdid kimi görür bunlar. 
Türkiyənin “Yeni şəfəq” qəzetinə müsahibə verən diplomat İranın Azərbaycana qarşı siyasətinin mahiyyətini açıqlayan bəyanatlar səsləndirib. Ermənistanın İranın müttəfiqi olduğunu bildirib, hərçənd ki bu heç kimə sirr də deyil. Azərbaycanın isə İran üçün qorxunc fenomen və potensial təhdid olduğunu, “Azərbaycan və Naxçıvan İrana ilhaq edilməlidir” kimi fikirlər söyləyib. 

İranın Ermənistan sevgisi, Vətən müharibəsi dönəmində onlara maddi və hərbi-texniki dəstək göstərməsi və indi də həmin dəstəyin davam etdirilməsi, dron təlimlərinin keçirilməsi və Ermənistana veriləcəyini bildirilməsi də təzə söhbət deyil. Əbülfəz də elə elə bunun təkrarlayır. 

İranın “erməni sevgisi”  heç vaxt özünü gizlətmir və ya gizlətmək istəmir də. İran Qarabağda dağıdılan məscidlərin, abidələrin hesabını istəmək əvəzinə onu dağıdanların əlindən tutur, məscidləri yıxan texnikalar üçün yanacaq, İslamı təhqir edənlər üçün ərzaq göndərirdi. Hələ üstəlik haqqın üstündən keçib haqsızlıqlara göz yumur, əl açır. Bu isə İranın yaratdığı vizual mənzərəyə ləkə salır. Axı o İslam dövlətidir. 

Rəsmi Tehranın terrorçu və işğalçı Ermənistana olan sevgisi indi yaranmayıb. Bu mənzərə hələ 90-cı illərin əvvəllərindən mövcuddur. İslam dövlətinə yaraşmayan bu siyasət əsl mahiyyəti və səhih niyyəti ortaya qoyur. Cənub qonşumuz olan İranın Azərbaycanın torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan təcavüzkar dövlətlə sıx əməkdaşlıq etməsi, onlara dəstək verməsi təbii olaraq ölkəmiz tərəfindən birmənalı qarşılanmır. 

İranın Azərbaycana qarşı sərgilədiyi münasibətdən də görünür ki, bu dövlət İslami dəyərlərə, müsəlman qardaşlığına önəm vermir. Bu, nə İslama yaraşıq, nə də qonşuluğa. 

İndi bir sıra mollabaş Zuhtəvəndinin dediklərini şəxsi fikri kimi təqdim edə bilər, elə İran da çətinə düşəndə “rəsmi mövqeyimiz deyil” iddiasından çıxış edə bilər. Amma elə rəsmi Tehranın fikridir, onun mövqeyidir. Məhz Əbülfəzlərin diliylə deyir düşündüklərini. Heç kimə sirr deyil ki,  Təbriz tarixən Səttarxan, Xiyabani, Pişəvarinin hərəkatlarının məkanı olub. Bunlar hələ də anlamırlar ki, bu gün də Azərbaycan sevdası ürəklərdə yaşamaqdadır.

Müharibə vaxtı Ermənistana gedən yük maşınlarının qarşısını kəsənləri, Arazın kənarına yığışıb “Azərbaycan” hayqıranları unutmamısınız yəqin!

Unutmayın!

# 2295
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar