Spiker: “İçimdən yanıram”…
14 may 2013 12:22 (UTC +04:00)

Spiker: “İçimdən yanıram”…

Bu gün Milli Məclisin iclası keçirilir. Lent.az-ın verdiyi məlumata görə, millət vəkili Zahid Oruc deyib ki, Şəhidlər Xiyabanında Azərbaycanın üç dövründə şəhid olan insanlar uyuyur.

 

Zahid Oruc bildirib ki, Şəhidlər Xiyabanında  20 Yanvar şəhidlərinin dəfn edilən yuxarı hissə ziyarət olunur. O, Şəhidlər Xiyabanında digər dövrlərdə də şəhid olanların ziyarət edilməsi üçün lövhə asılmasını təklif edib.  

 

Zahid Oruc bildirib ki, son dövrlər İranda Azərbaycana qarşı ərazi iddiaları səsləndirilir: Bu yaxınlarda Gülüstan müqaviləsinin 200 illiyi tamam olur.

 

Spiker Oqtay Əsədov Zahid Oruca irad tutub: “Siz təcrübəli millət vəkilisiniz. Bilirsiz ki, bizi təxribata çəkirlər. Niyə təxribata gedirsiniz? Mən də Gülüstan sülhünü eşidəndə içimdən yanıram, ona görə də heç bir çağırış etmirəm”. 

# 1154
avatar

Oxşar yazılar