Prezident İlham Əliyev Ukrayna və  Slovakiyanın nümayəndə heyətlərini qəbul edib
11 aprel 2013 16:32 (UTC +04:00)

Prezident İlham Əliyev Ukrayna və Slovakiyanın nümayəndə heyətlərini qəbul edib

Prezident İlham Əliyev aprelin 11-də Ukraynanın baş nazirinin müavini Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, baş nazirin müavini Konstantin Qrişenko Ukrayna Prezidenti Viktor Yanukoviçin salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. O, Ukrayna prezidentinin Azərbaycan prezidenti ilə görüşlərini məmnunluqla xatırladığını deyib.
Prezident İlham Əliyev dövlət başçıları arasında mövcud olan dostluq əlaqələrinin ölkələrimizin ikitərəfli münasibətlərinin möhkəmləndirilməsi baxımından önəmini qeyd edib. Ölkələrimiz arasında dostluq, tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin mövcud olduğunu vurğulayan dövlət başçısı bu münasibətlərin müxtəlif sahələrdə gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
Prezident İlham Əliyev prezident Viktor Yanukoviçin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Ukrayna dövlət başçısına çatdırmağı xahiş edib.

Bu gün dövlət başçısı Slovakiyanın baş nazirinin müavini, xarici və Avropa işləri nazirinin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.

 

# 417
avatar

Oxşar yazılar