İsrail səfirliyində xatirə kitabı açılacaq
30 sentyabr 2016 10:50 (UTC +04:00)

İsrail səfirliyində xatirə kitabı açılacaq

İsrailin sabiq prezidenti Şimon Peresin vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.

 

Bu barədə APA-ya səfirlikdən məlumat verilib.

 

Oktyabrın 5-də saat 10:00-13:00 və 14:00-16:00, oktyabrın 6-da isə 14:00-16:00-da səfirliyi ziyarət edərək xatirə kitabına ürək sözlərini yazmaq olar.

 

Qeyd edək ki, Ş. Peres sentyabrın 28-də 94 yaşında vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 165

Oxşar yazılar