Bakının Xətai rayonu ərazisində yerləşən evlərin birindən 5000 manat pul və 10400 manat dəyərində qızıl-zinət əşyası oğurlanıb.
Lent.az xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talamada şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı M.Kərimov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.