Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşü gözlənilir
18 aprel 2013 11:59 (UTC +04:00)

Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşü gözlənilir

Səməd Seyidov: “Görüşün təşkilində AŞPA prezidenti Jan Klod Minyon da aktiv iştirak edir”


 

Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşü planlaşdırılır. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

 

O Azərbaycan tərəfinin AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsi çərçivəsində belə görüşün keçirilməsi niyyəti olduğunu təsdiqləyib. Görüşün nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində deyil, tam heyətdə keçirilməsi planlaşdırılır: “Bu görüşün təşkilində AŞPA prezidenti Jan Klod Minyon da aktiv iştirak edir. Ona görə ümidvaram ki, görüş baş tutacaq. Əgər bu görüş baş tutmasa, bu, Ermənistan tərəfinin belə görüşlərin təşkilində maraqlı olmadığını bir daha təsdiqləmiş olacaq”. 

 

Xatırladaq ki, AŞPA-nın yaz sessiyası gələn həftə keçiriləcək. 

# 487
avatar

Oxşar yazılar