Avropa Məhkəməsi Ermənistan hökumətinin “A1+” telekanalına 30 min avro ödəməsi haqda qərar çıxarıb
17 iyun 2008 18:55 (UTC +04:00)

Avropa Məhkəməsi Ermənistan hökumətinin “A1+” telekanalına 30 min avro ödəməsi haqda qərar çıxarıb

Lent.az-ın «ARMENİA Today»ə istinadən verdiyi xəbərə görə, məhkəmə Ermənistan hökumətinin İnsan Haqları Konvensiyasının 10-cu maddəsini pozduğunu təsdiq edib. Həmin maddə söz azadlığının demokratiya və insan haqlarının ayrılmaz tərkib hissəsi olduğunu göstərir.
Məhkəmə Ermənistan hökumətinin 3 ay müddətində “Melteks” ASC-yə 30 min avro ödəməsi barədə qərar çıxarıb. Bu məbləğin 10 min avrosu teleşirkətin ingilis vəkillərinin hesabına köçürüləcək.
Xatırladaq ki, “A1+” teleşirkəti 2002-ci il aprelin 2-də efirdən məhrum edilib. Dövlət Teleradioyayım Komissiyasının üzvləri şirkətin efirdən məhrum edilməsi barədə qərar çıxarıblar. “A1+” 2003-cü ildə keçirilən prezident seçkilərindən düz bir il əvvəl efirdən məhrum edilib. Efirdən məhrum edilməmişdən cəmi bir gün əvvəl “A1+” müxtəlif siyasi qüvvələrin təmsilçilərinə sonuncu dəfə birbaşa efirdə çıxış etməyə imkan yaradıb. Qonaqların hamısı teleşirkətin efirdən məhrum edilməsinin səhv addım olduğunu vurğulayıblar. Lakin vətəndaşların etirazına baxmayaraq, telekanal bağlanıb.

Lent.az

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2503
avatar

Oxşar yazılar