Paşinyan payızda Bakıya gələcək? – AÇIQLAMA
06 iyun 2024 16:06 (UTC +04:00)

Paşinyan payızda Bakıya gələcək? – AÇIQLAMA

Paşinyanın gündəmində belə bir məsələ yoxdur. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, bunu Ermənistan hökuməti başçısının mətbuat katibi Nazeli Baqdasaryan azərbaycanlı jurnalist, politoloq, beynəlxalq əlaqələr üzrə mütəxəssis Əhməd Şairoğlunun X-də yaydığı səs yazısı ilə bağlı deyib.

Politoloqun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan noyabrda BMT-nin COP29 sammitində iştirak etmək üçün Bakıya səfərə gələcək. 

“Ekspert öz subyektiv fikrini ifadə edib, bunun Paşinyanın iş gündəliyi ilə heç bir əlaqəsi yoxdur. Baş nazirin iş gündəmində belə bir səfər nəzərdə tutulmayıb”, - Baqdasaryan bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2313
avatar

Oxşar yazılar