"Nida"çının şikayətinə baxıldı
06 may 2013 22:04 (UTC +04:00)

"Nida"çının şikayətinə baxıldı

Mayın 6-da Bakı Apellyasiya Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlının şikayətinə baxılıb. Şikayət Nəsimi Rayon Məhkəməsi Zaur Qurbanlı haqda seçdiyi həbs qətimkan tədbirini ev dustaqlığı ilə dəyişdirmədiyinə görə verilib.

 

Onun vəkili Xalid Bağırov “Media forum” saytına bildirib ki, apellyasiya instansiyası şikayəti təmin etməyib, rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

 

Zaur Qurbanlı aprelin 1-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə ittihamı irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs qərarı çıxarıb.

 

# 449
avatar

Oxşar yazılar