![[b]"Bu gündən Azərbaycanda Xorvatiya səfirliyi fəaliyyət göstərəcək" - Məmmədyarov[/b]](https://lent.az/storage/news/2019/april/29/big/c019a895c8dc4431230df8c367a1cc7b.jpg)
[b]"Bu gündən Azərbaycanda Xorvatiya səfirliyi fəaliyyət göstərəcək" - Məmmədyarov[/b]
"Azərbaycanla Xorvatiya arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub". ONA-nın məlumatına görə, Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda xorvatiyalı həmkarı, xanım Mariya Peyçinoviç Buriçlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu gündən Azərbaycanda Xorvatiyanın səfirliyi fəaliyyət göstərəcək: "2013-cü ildə strateji tərəfdaşlıq sənədi imzalamışıq. Bu çərçivədə fəaliyyət istiqamətlərini müzakirə etmişik. Xorvatiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi aydındır. Xorvatiya ərazi bütövlüyü və beynəlxalq çərçivədə tanınmış sərhədləri tanıyır. Münaqişənin sülh yolu ilə və BMT TŞ-nin qətnamələri çərçivəsində həllini dəstəkləyir".
E.Məmmədyarov qeyd edib ki, Xorvatiya Cənub Qaz Dəhlizi layihəsində də maraqlıdır: "Enerji sahəsində əməkdaşlığı gücləndirməyi müzakirə etdik. Nəqliyyat sahəsində əməkdaşlığı da gücləndirməliyik. İnfrastruktur baxımdan xeyli imkan var. Xorvatiya tərəfi də bunu dəstəkləyir və qəbul edir".
Oxşar yazılar

Azərbaycan ərazisinə keçən iki erməni ölkəsinə qaytarıldı
6 iyun 2025 , 22:27
Pezeşkian İlham Əliyevə zəng etdi
4 iyun 2025 , 22:07
Suriyadan Azərbaycana daha 13 nəfər gətirildi
4 iyun 2025 , 17:08
"Hörümçək toru" əməliyyatından sonra Kreml nəyi gizlədir? – Detallar AÇIQLANIR
4 iyun 2025 , 12:34
Jurnalistlərin şəhid olmasından 4 il ötür
4 iyun 2025 , 10:33
Paşinyanın İrəvandakı mənzili 110 min dollara satıldı
4 iyun 2025 , 10:30
Azərbaycan və Ermənistan tərəfi itkinlərlə bağlı görüş keçirdi
4 iyun 2025 , 10:04