“Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının 4 işçi qrupu yaradıldı
19 iyun 2014 20:02 (UTC +04:00)

“Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının 4 işçi qrupu yaradıldı

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə başlanılan “Şuşaya Azadlıq” beynəlxalq kampaniyası çərçivəsində növbəti iclas keçirilib. Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şura sədri Azay Quliyev kampaniya çərçivəsində həyata keçiriləcək işlərin Azərbaycanın haqlı mövqeyini beynəlxalq aləmdə daha da gücləndirəcəyini vurğulayıb.

 

“Şuşaya Azadlıq” Beynəlxalq kampaniyasının koordinatoru, Şuranın qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov bu il mayın 5-də “Şuşaya Azadlıq - 22 dildə” videoçarxının təqdimatından ötən dövr ərzində QHT-lərlə sıx surətdə əməkdaşlıq etdiklərini vurğulayıb. Bunun nəticəsində isə 9 beynəlxalq təşkilat bəyanat verərək kampaniyanı dəstəklədiklərini bildiriblər. "Şuşaya Azadlıq-22 dildə" videoçarxına indiyədək sosial şəbəkələrdə minlərlə izləyici baxıb. Kampaniyanın koordinatoru hazırda facebookda kampaniyanın çoxsaylı dillərdə səhifəsinin və 7 dildə saytının yaradılması üzərində iş getdiyi haqda məlumat verib.
 

 

Millət vəkili Məlahət Həsənova isə Qarabağ həqiqətlərinin dünyaya mədəniyyətimizin təbliği vasitəsi ilə çatdırılmasının daha səmərəli olduğunu deyərək hər ay beynəlxalq təşkilatların yerləşdiyi, mühüm siyasi mərkəzlər olan Brüssel, İstanbul, Strasburq, Nyu-York, Paris, Vilnüs, Vyana, Amsterdam, Moskva kimi şəhərlərdə Şuşa mədəniyyəti günlərinin keçirilməsini təklif edib. O, beynəlxalq təşkilatların mərkəzi qərargahlarındakı kitabxanalarda Şuşayla bağlı guşələrin yaradılmasının və kampaniyaya dair çoxsaylı buklet və disklərin buraxılmasının da vacibliyini vurğulayıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480

Oxşar yazılar