Azərbaycanda bu il sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
Artıq seçkidə iştirak edən şəxslər hansı dairələrdən namizədliyini irəli sürəcəklərini elan edirlər.
Lent.az-a açıqlama verən Vahid Əhmədov 59 sayılı Quba seçki dairəsindən namizədliyini irəli sürdüyünü bildirib:
"Artıq namizədliyimi irəli sürmüşəm. Öz dairəmdən - 59 sayılı Quba seçki dairəsindən. İmza vərəqələrini də götürmüşük".
Qeyd edək ki, YAP 59 saylı Quba seçki dairəsindən Məhərrəmzadə Əlibala Səttar oğlunun namizədliyini irəli sürüb.