Türkiyə Prezidenti:  “Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq"
28 may 2022 16:10 (UTC +04:00)

Türkiyə Prezidenti: “Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq"

“Bu gün Texnofest festivalını ölkəmizdən kənarda can Azərbaycanda keçirməyimizin qürurunu yaşayırıq”.

Lent.az-ın xəbərinə görə, bunu bu gün “TEKNOFEST Azərbaycan” festivalında çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, siz gənclər sabahın pilotsuz aparatlarını, yüksək texnoloji avadanlıqlarını kəşf edənlər sırasında olacaqsınız: “Gənclərimiz bu sahədə birlikdə addımlayacağıq. Texnofest nəsli bu günə qədər çox gözəl layihələrə imza atdı, Azərbaycan gənclərinin də belə uğurlara imza atacağına inanıram”.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, parlamentlərimizdə təsdiqlədiyimiz Şuşa Bəyannaməsində qeyd etdiyimiz kimi müdafiə sənayesi sahəsində fəaliyyətdə, o cümlədən kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq.

# 1479
avatar

Oxşar yazılar