Azərbaycanın Rusiyadakı səfirliyinin binası
21 may 2021 18:35 (UTC +04:00)

Azərbaycanın Rusiyadakı səfirliyinin binası

Səfirlikdən Rusiyada yaşayan Azərbaycan vətəndaşlarına MÜRACİƏT

Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkədə yaşayan vətəndaşlarımıza müraciət edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya ərazisində qanunsuz yaşayan miqrantlarla bağlı bu ölkənin daxili işlər nazirinin birinci müavini, polis general-polkovniki Aleksandr Qorovoyun 2021-ci il aprelin 16-dakı bəyanatı ilə əlaqədar səfirlik bu kateqoriyaya aid Azərbaycan vətəndaşlarına müraciət edib.

“Azərbaycan vətəndaşları bu iyunun 15-dək Rusiya ərazisində öz hüquqi vəziyyətlərini nizamlamaq məqsədi ilə faktiki yerləşmə yerlərində, bölgə və şəhərlərdə Daxili İşlər Nazirliyinin ərazi orqanlarının miqrasiya məsələləri üzrə bölməsinə ən qısa zamanda müraciət etməlidirlər. Rusiya qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq cərimə (təxminən 5 000 rubl) və ya rüsumun ödənilməsindən sonra onların Rusiya ərazisində statusunun leqallaşdırılması aparılacaq. Səfirlik Rusiyada olan vətəndaşlarımıza qısa müddət ərzində aidiyyəti üzrə müraciət etməyi tövsiyə edir”, - müraciətdə bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3351
avatar

Oxşar yazılar