Radikal ermənilər Fransada Azərbaycan səfirliyinin binasına qırmızı boya atdı
03 oktyabr 2022 19:43 (UTC +04:00)

Radikal ermənilər Fransada Azərbaycan səfirliyinin binasına qırmızı boya atdı

Son zamanlar Azərbaycanın Fransanın ərazisində yerləşən diplomatik nümayəndəliklərinə qarşı Fransada məskunlaşan radikal erməni qruplarının törətdiyi hücumların sayı artıb.

Lent.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi mətbuat xidməti idarəsinin Fransanın Azərbaycandakı səfirinin nazirliyə çağırılması ilə bağlı məlumatında qeyd edilib.

Növbəti belə bir hücumun 1 oktyabr 2022-ci il tarixində gecə saatlarında baş verdiyi, bir qrup radikal erməni tərəfindən Səfirliyin inzibati binasına qırmızı rəngli boya atıldığı və binanın üzərinə Azərbaycan əleyhinə təhqiramiz ifadələr yazıldığı müqabil tərəfin diqqətinə çatdırılıb.

Qeyd olunan hadisənin Azərbaycan tərəfinin Fransanın səlahiyyətli qurumlarından Səfirliyin və onun əməkdaşlarının mühafizəsinin təmin edilməsi ilə bağlı dəfələrlə müxtəlif səviyyələrdə ifadə edilmiş tələbləri fonunda Fransa hökumətinin lazımi tədbirlər görməməsi nəticəsində baş verdiyi qeyd edilib.

***

Oktyabrın 3-də, Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib və görüş zamanı oktyabrın 1-də Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qruplarının törətdiyi növbəti vandalizm aktı ilə bağlı nazirliyin etiraz notası Fransa səfirinə təqdim edilib.

# 1971
avatar

Oxşar yazılar