Qarabağdakı  Rusiya sülhməramlılarının   gələcəyi ilə bağlı AÇIQLAMA
25 sentyabr 2023 14:20 (UTC +04:00)

Qarabağdakı Rusiya sülhməramlılarının gələcəyi ilə bağlı AÇIQLAMA

Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının gələcəyi hələ müəyyən edilməyib, Moskva bunu Azərbaycanla müzakirə edir. 

Lent.az xarici mediaya istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Çətin ki, bunu hələ kimsə deyə bilsin, çünki onlar indi orada, Azərbaycan ərazisində yerləşirlər. Biz Bakı ilə əlaqələrimizi davam etdiririk”, - Kreml sözçüsü jurnalistlərin sualına cavabında vurğulayıb.

O əlavə edib ki, sülhməramlılar yardım göstərir və Qarabağ erməniləri ilə Azərbaycan hakimiyyəti arasında aparılan danışıqlarda iştirak edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4810

Oxşar yazılar