Putinin Ukraynada mayın 9-dək hansı “qələbə” istədiyi  AÇIQLANDI
20 aprel 2022 17:19 (UTC +04:00)

Putinin Ukraynada mayın 9-dək hansı “qələbə” istədiyi AÇIQLANDI

İndi Rusiya ordusunun məqsədi Ukrayna qüvvələrini Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərindən kənara çıxarmaq və müvəqqəti işğal olunmuş Krıma gedən “quru dəhlizi”ni saxlamaqdır. Məhz bu “qələbə”dir ki, onların hökuməti öz cəmiyyətlərinə “satmağa” çalışacaq. Ancaq Rusiya mütləq bununla məhdudlaşmayacaq.

Lent.az bildirir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin spikeri, polkovnik Aleksandr Motuzyanik deyib.

“Tamamilə aydındır ki, gələcəkdə onlar mümkün qədər çox əraziləri ələ keçirmək üçün digər ərazilərdə, xüsusən də Xerson vilayətində hücumu inkişaf etdirməyə çalışacaqlar. İndi Rusiya ordusu buna hazırlaşır, qüvvə toplayır və artıq işğal etdiyi ərazilərdə möhkəmlənir. Amma bu, Donetsk və Luqansk vilayətlərində hərbi əməliyyatların nəticələrindən asılı olacaq”, - Motuzyanik vurğulayıb.

Bundan əvvəl xəbər verildiyi ki, aprelin 18-də Rusiya hərbçilərinin Donbasda hücumu başlayıb.

# 5328
avatar

Oxşar yazılar