Putin Zelenski ilə görüşmək istəyir, amma... - Kremldən  AÇIQLAMA
14 aprel 2022 14:24 (UTC +04:00)

Putin Zelenski ilə görüşmək istəyir, amma... - Kremldən AÇIQLAMA

Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenski arasında görüş üçün zəmin hazırlamaq lazımdır. 

Lent.az TASS agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremldə qeyd ediblər ki, zəmin hazırlığı Rusiya və Ukraynanın danışıqlar qrupları tərəfindən sənədlərin ilkin hazırlanmasından ibarət olacaq. Peskov onu da vurğulayıb ki, Rusiyanın dövlət başçısı ukraynalı həmkarı ilə görüşdən imtina etmir.

"Prinsipcə, prezident heç vaxt belə görüşdən imtina etməyib, lakin bunun üçün müvafiq şərait hazırlanmalıdır", - Peskov bildirib.

# 4017
avatar

Oxşar yazılar