Putin Ukraynada mayın 9-dək  “XerXR” yaratmaq istəyir   - Hərbi kəşfiyyat
01 may 2022 09:32 (UTC +04:00)

Putin Ukraynada mayın 9-dək “XerXR” yaratmaq istəyir - Hərbi kəşfiyyat

Ukraynanın müqaviməti Kremlin qondarma “Xerson xalq respublikası” yaratmaq planını alt-üst edə bilər. Rusiya prezidenti Vladimir Putin mayın 9-dək Xerson vilayətində bu “respublikanı” yaratmağa çalışacaq.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

Qeyd edilir ki, bu cür cəhdlər Putinin mayın 9-na qədər Ukrayna ilə müharibədə öz “uğurunu” nümayiş etdirməsi ilə şərtlənəcək.

“O, hər vasitə ilə referendum keçirmək üçün hər şeyi edəcək və deyəcək ki, “Xerson vilayəti xalqı” “Xerson Xalq Respublikası”nı elan edib və Rusiyanın tərkibinə daxil olmaq istəyir. Bu, Rusiya qoşunlarının Ukrayna ərazisindəki qələbələrindən biri kimi təqdim olunacaq”.

Növbəti addımlar Zaporojye ola bilər... Odessa... Bu, Putinin keçmiş Sovet İttifaqının müstəqil dövlətləri ərazisində həyata keçirməyə çalışdığı strategiyadır”, - Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.

Onun fikrincə, Ukraynanın müvəqqəti ələ keçirilmiş ərazilərində Rusiya taktikası hüquq-mühafizə orqanları tərəfindən əraziyə ciddi nəzarətin yaradılması və Kremlin bütün göstərişlərinə əməl edəcək mürtədlərin yerli hakimiyyət orqanlarında vəzifələrə təyin edilməsidir.

Bununla belə, Ukrayna hərbi kəşfiyyatının nümayəndəsinin sözlərinə görə, müvəqqəti işğal olunmuş ərazilərdə Ukrayna vətəndaşlarının müqaviməti və fəal mövqeyi referendumu və Rusiyanın qondarma “XXR” yaratmaq planlarını poza bilər.
 

# 2733
avatar

Oxşar yazılar