İlham Əliyev, Azərbaycan Prezidenti, Vladimir Putin, Rusioya prezidenti
01 aprel 2021 16:19 (UTC +04:00)

İlham Əliyev, Azərbaycan Prezidenti, Vladimir Putin, Rusioya prezidenti

İlham Əliyev Putinlə Qarabağdakı vəziyyəti müzakirə etdi - YENİLƏNİB

Aprelin 1-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA xəbər verir ki, telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət müzakirə olunub. Vəziyyətin bütövlükdə sabit olmasından, atəşkəs rejiminə dönmədən riayət edilməsindən məmnunluq ifadə edilib.

Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun Bakıda apardığı danışıqlar nəzərə alınmaqla, Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının nizamlanması üzrə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarına müvafiq olaraq aparılan işlərin gedişi nəzərdən keçirilib. Bu kontekstdə üç ölkənin Baş nazirləri müavinlərinin həmsədrliyi ilə işçi qrupunun fəaliyyəti müsbət qiymətləndirilib.

İkitərəfli gündəlikdəki bir sıra aktual məsələlərə, o cümlədən koronavirus pandemiyasına qarşı mübarizədə əməkdaşlıq məsələlərinə toxunulub. Hər iki tərəfin Azərbaycan-Rusiya strateji tərəfdaşlığının möhkəmləndirilməsini, qarşılıqlı faydalı layihələrin inkişafını davam etdirmək əzmi təsdiqlənib.

Əlaqələrin davam etdirilməsi barədə razılıq əldə edilib.

***

14:24

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan və Rusiya liderləri Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər.

Vəziyyətin ümumiyyətlə sabit olduğu və atəşkəsə ciddi şəkildə əməl edildiyi məmnuniyyətlə qeyd edilib.

“Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun Bakıdakı danışıqları nəzərə alınaraq, Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının yaradılması üzrə işlərin gedişatı nəzərdən keçirilib.

Rusiya, Azərbaycan və Ermənistan Baş nazir müavinlərindən ibarət işçi qrupun fəaliyyətinə müsbət qiymət verilib.

İkitərəfli gündəlikdə duran bir sıra aktual məsələlərə, o cümlədən koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə əməkdaşlığa toxunulub.

Dövlət başçıları Rusiya-Azərbaycan strateji tərəfdaşlığının möhkəmləndirilməsini və qarşılıqlı faydalı layihələrin inkişafını davam etdirmək üçün niyyətlərini təsdiq ediblər, - Kremlin məlumatında vurğulanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3501

Oxşar yazılar

Almaniya prezidenti Azərbaycana gəldi

Almaniya prezidenti Azərbaycana gəldi

1 aprel 2025 , 21:31
Azərbaycanda  maliyyə hesabatı   təqdim edən partiyaların SİYAHISI

Azərbaycanda maliyyə hesabatı təqdim edən partiyaların SİYAHISI

1 aprel 2025 , 19:49
Tramp Putini  diz çökdürə   bilər -  İDDİA

Tramp Putini diz çökdürə bilər - İDDİA

1 aprel 2025 , 19:46
Baş prokuror Vyetnamda

Baş prokuror Vyetnamda

1 aprel 2025 , 15:05
Almaniya Azərbaycandan üzr istədi

Almaniya Azərbaycandan üzr istədi

1 aprel 2025 , 08:29
Ralf Horlemann

Almaniya səfirinə SƏRT XƏBƏRDARLIQ: "Üzrxahlıq edilməlidir!"

31 mart 2025 , 19:34
Ermənistan silahlı təxribatlarını belə gizlədir

Ermənistan silahlı təxribatlarını belə gizlədir

31 mart 2025 , 18:25
Ermənistandan növbəti TƏXRİBAT:  Dron qaldırdı, atəş açdı...

Ermənistandan növbəti TƏXRİBAT: Dron qaldırdı, atəş açdı...

31 mart 2025 , 10:18