Fazil Mustafanı yenidən əməliyyat gözləyir? - DEPUTATDAN AÇIQLAMA
02 may 2023 15:37 (UTC +04:00)

Fazil Mustafanı yenidən əməliyyat gözləyir? - DEPUTATDAN AÇIQLAMA

"Sağlamlığımla bağlı problemim yoxdur. Ayağımda hər şey demək olar ki, düzəlib. Amma qolumdakı problem hələ də qalır".

Bu sözləri Lent.az-a ötən ay terrora məruz qalan Milli Məclisin deputatı Fazil Mustafa deyib. 

Deputat "Yenidən əməliyyat gözlənilirmi?" sualına belə cavab verib:

"Qolumun yenidən əməliyyat olunması, 2 həftədən sonra bilinəcək. Hələ ki, problem qalır. Amma ayağım tam sağalıb. Qaydasındadır".

Millət vəkili işə nə vaxt çıxacağını açıqlayıb:

"İnşallah, mayın 20-dən sonra işdə olacam. Qolumdakı problem iş prosesimə mane olmayacaq".

# 1992
avatar

Fidan İlqar

Oxşar yazılar