Ermənistan parlamentində Azərbaycanla sərhədlərlə bağlı YENİ QƏRAR
23 oktyabr 2024 10:19 (UTC +04:00)

Ermənistan parlamentində Azərbaycanla sərhədlərlə bağlı YENİ QƏRAR

Ermənistan parlamenti Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyaların Reqlamenti haqqında qanun layihəsini təsdiqləyib.

Lent.az APA -ya istinadən xəbvər verir ki, qanun layihəsi Ermənistan parlamentinin bu gün keçirilmiş iclasında təsdiqlənib.

Qanun layihəsinin lehinə 67 deputat səs verib. Səsvermədə yalnız hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatlar iştirak edib.

Müxalifətdən olan deputatlar isə əvvəldən qanun layihəsinin müzakirəsini boykot edəcəyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1545
avatar

Oxşar yazılar