Əli Əsədov
05 avqust 2025 10:09 (UTC +04:00)

Əli Əsədov

Əli Əsədov BMT-nin konfransında iştirak edir-Azərbaycan dilində çıxış edəcək

Türkmənistanın Avaza Milli Turizm Zonasında BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı keçirilir.

Lent.az xəbər verir ki, konfransda Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edir.

Baş nazir Əli Əsədovun konfransda Azərbaycan dilində çıxışı nəzərdə tutulub.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının iclaslarında istifadə edilən və bütün rəsmi BMT sənədlərinin tərtib olunduğu altı rəsmi dil var. Həmin dillər aşağıdakılardır:

* Çin dili (Sadələşdirilmiş Çincə Mandarin Çin dili)

* Ərəb dili (ərəb ədəbi dili)

* Fransız dili

* İngilis dili (İngilis dilinin Britaniya variantı Oksford orfoqrafiyası ilə)[3]

* İspan dili

* Rus dili

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 346

Oxşar yazılar