“Barselona” transferlərlə aktivdir, lakin qeydiyyat ənənəvi olaraq çətindir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 1:1 qaydasına uyğun gəlmək üçün kimsə yeri boşaltmalı olacaq. Pəncərə bağlanmazdan əvvəl klubu kim tərk edə bilər:
Penya – 90 faiz
Qapıçı iyerarxiyasında üçüncü. Müqaviləni ləğv edə bilər.
Romeu – 90 faiz
Flikə lazım deyil. “Jirona”ya qayıtmağa yaxındır.
Kristensen – 60 faiz
Klub onu satmağa hazırdır, amma futbolçu qalmaq istəyir.
Jerar Martin – 40 faiz
Xüsusilə Premyer Liqadan maraq var, amma ehtiyatda qala bilər.
Fermin, Kasado – 30 faiz
Yarımmüdafiədə zənginliyə görə satış riski var, lakin Flik onlardan razıdır.
Arauxo – 20 faiz
2031-ci ilə qədər müqaviləsi var, getməyi planlaşdırmır. Yalnız böyük bir təklif gələrsə.
Avqust isti olacaq.