Brüsseldə azərbaycanlılar İran əleyhinə aksiya keçirir - VİDEO
25 mart 2023 17:54 (UTC +04:00)

Brüsseldə azərbaycanlılar İran əleyhinə aksiya keçirir - VİDEO

Belçikanın paytaxtı Brüsseldə azərbaycanlılar İran əleyhinə aksiya keçirir.

Lent.az xəbər verir ki, nümayiş Lüksenburq meydanında təşkil olunub. Buradan Avropa Parlamenti binasının önünə doğru yürüş keçirilir.

Aksiya barədə açıqlama verən Azərbaycan Milli Dirəniş Təşkilatının Avropa təmsilçisi Səid Əzizi bildirib ki, nümayişin məqsədi uzun müddətdir İranda davam edən etirazlar zamanı ölən və xəsarət alan soydaşlarımızın haqqlarını müdafiə etməkdir.

Yürüşdə "Azadlıq, ədalət, milli hökumət", "Azərbaycan oyaqdır, varlığına dayaqdır", "Nə şahçıyam, nə şeyxçi, millətçiyəm, millətçi" şüarları səsləndirilib.

 

# 2436
avatar

Oxşar yazılar