Muhammet Kemaloğlu,
25 aprel 2021 07:12 (UTC +04:00)

Muhammet Kemaloğlu,

"Bayden böyük tarixi səhvə yol verib" - TARİXÇİ

Tarixçi Muhammet Kemaloğlu: “Türkiyə tarixinə genosid böhtanı atanlar beynəlxalq məhkəmələrə çəkilməlidir”

 “Türklərin 1915-ci ildən ibrət alacaq dərsi yoxdur. Türklərə qarşı soyqırımı iddiasına qalxanlar tarixi dəlillərlə və beynəlxalq hüququn tələbləri daxilində məhkəməyə çəkilməlidir”.

APA-nın yerli bürosuna tarixçi, TRT-nin mülki müdafiə mütəxəssisi Muhammet Kemaloğlu bunu bildirib.

ABŞ Adminstrasiyasının erməni diasporası qaşısında aciz qaldığını rüsvayçılıq adlandıran M.Kemaloğlu bildirib ki, diasporlara müvəqqəti, amma ən qədim keçmişi olan türk milləti isə əbədiyən mövcud olduğu üçün ABŞ Prezidenti Co Bayden böyük tarixi səhvə yol verib: “Türkün genetikasında oğuluq, barbarlıq, təcavüzkarlıq, aman diləyənə əl qaldırmaq, namussuzluq və insanlıqdan xaric digər xüsusiyyətlər yoxdur. Millətlərin davranışı, fərdlərin davranışı kimi, irsi olaraq nəsildən-nəslə ötürülür. Əgər iddia edildiyi kimi, Türkiyə tarixində belə bir hadisə baş versəydi, Türkiyənin Ermənistanla birgə ortaq komissiya ilə arxivlərdə araşdırma təklifi birtərəfli qalmazdı, erməni iddialarının əsasları tapılardı. Tarixi mənbələrdə olduğu kimi, Osmanlı İmperatorluğu erməni xəyanətlərini öz ölkəsindən də daha təhlükəsiz bir yerə deportasiya ilə cəzalandırıb və bu da onu sübut edir ki, türklər ən yüksək insani borcu yerinə yetirmiş bir millətdir”.

Ekspertin fikrincə, odur ki, əsassız iddiaları ortaya atanlar arxiv materialları əsasında beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir: “Türkün tarixində genosid axtaranlar Əlcəzairdə, Amerikada, Xocalıda, Boniya-Hersoqovinada, Balkanlarda, Axıskada, Kiprdə, Kərkükdə, Təlafərdə və minlərlə qırğnlar törətdikləri çoğrafiyalara baxmalıdır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2928
avatar

Oxşar yazılar