Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü TANIDI
07 oktyabr 2022 08:03 (UTC +04:00)

Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü TANIDI

1

Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda bəyanat qəbul edilib.

Lent.az-ın xəbərinə görə, bəyanatda deyilir: 

“Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. 
Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. missiya işini oktyabrda başlayıb 2 ay müddətinə başa çatdıracaq”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 10062

Oxşar yazılar