ABŞ agenturasının Bakı görüşü İFŞA EDİLDİ:  100 minlərlə dollar necə nağdlaşdırılıb?
26 noyabr 2023 13:00 (UTC +04:00)

ABŞ agenturasının Bakı görüşü İFŞA EDİLDİ: 100 minlərlə dollar necə nağdlaşdırılıb?

Son günlər Azərbaycanda "Abzas Media" xəbər portalı ətrafında dolaşan məlumatlar bir sıra məqamları üzə çıxarıb.

Lent.az-ın məlumatına görə, “Abzas Media” xəbər portalının rəhbəri Ülvi Həsənov, baş redaktoru Sevinc Abbasova və layihə koordinatoru Məhəmməd Kekalov həbs ediliblər.

Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurlar.

Adıçəkilən şəxslər həbs edildikdən sonra yerli media qurumları onlarla bağlı dəhşətli faktları üzə çıxardı.

Belə ki, "Report"un araşdırmalarına görə, yuxarıda adları qeyd olunan şəxslər təxribatlar törətmək və digər qanunsuz niyyətlərini reallaşdırmaq üçün “demokratik inkişafa dəstək vermək” adı altında xeyli sayda donor təşkilatları ilə gizli əməkdaşlıq ediblər. Bunlar ABŞ-ın “Beynəlxalq İnkişaf Agentliyi” (USAID), “Milli Demokratiya Fondu” (NED), “Avropa Demokratiyaya Yardım Fondu” (EED), “Internews”, “FreedomNow”, “Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi” (Global Investigative Journalism Network), “Amerika Beynəlxalq Təhsil Şurası” (American Councils for International Education), Çexiyanın “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi” (PCSC), “People in Need” (PİN), “Avropa İttifaqı Müstəqil Media üçün” proqramı (EU4 İndependent Media), “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu” (EPCSF), “Niderland Helsinki Komitəsi”, “Norveç Helsinki Komitəsi”, “Avropa Jurnalistika Fondu” (Journalizmfund Europe), “Yeni Demokratiya Fondu” (New Democracy Fund), “Forum 2000”, “German Marşal” Fondu və digərləridir. Onlar həmçinin, “Signal” və “Protonmail” platformalarında hesablar yaradaraq, beynəlxalq təşkilatların kod adları “Aleks” və “Daisy” olan nümayəndələri ilə qrant layihələri və pul vəsaitləri əldə etmək mövzusunda çoxsaylı yazışmalar aparıb, xarici səfərlərində isə onlarla görüşüblər. Belə səfərlər zamanı dövlət qeydiyyatına alınmadan bağlanılmış qrant müqavilələri çərçivəsində avro və ABŞ dolları valyutalarında ayrılan qanunsuz pul vəsaitləri Gürcüstanda fəaliyyət göstərən “TBC Bank” və “Bank of Georgia” banklarında Ülvi Həsənovun və Məhəmməd Kekalovun adlarına açılmış bank hesablarına köçürülüb. Ülvi və Məhəmməd həmin vəsaitləri həm özləri, həm də yaxınları vasitəsilə xarici ölkələrdəki bankomatlardan məsuliyyət yaratmayan məbləğlərdə hissə-hissə nağdlaşdırıb ölkəyə gətiriblər. Bəzi layihələr üzrə vəsaitlər isə Londonda adsız bank kartlarına yüklənərək dəstə üzvlərinə təqdim olunub. Bu metodla pullar cinayətkar dəstə, onların ailə üzvləri və digər yaxın qohumları vasitəsilə bir sıra bankların hərəkət intensivliyi az olan küçələrdəki bankomatlarından kiçik məbləğlərlə nağd şəkildə çıxarılıb.

Bundan başqa, Qərb sifarişlərini yerinə yetirənlərin hamisi rolunda çıxış edən USAİD-ə bağlı olan “DT Global” təşkilatından Ülvi və Ko 98 600 avro və 30 000 ABŞ dolları alıb. 

Digər alınan vəsaitlər:

“Milli Demokratiya Fondu”ndan 55 350 ABŞ dolları,

“Praqa Vətəndaş Cəmiyyəti” təşkilatından 50 600 ABŞ dolları,

“German Marşal Fondunun Regional Əməkdaşlıq üçün Qara Dəniz” təşkilatından 24 990 ABŞ dolları,

ABŞ-ın Azərbaycandakı Səfirliyindən 21 954 ABŞ dolları,

“İnternews” təşkilatından 12 000 ABŞ dolları,

“People in Need” təşkilatından 11 000 ABŞ dolları,

“Niderland Helsinki Komitəsi”ndən 5 000 avro,

“Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti” təşkilatından 4 110 avro,

“Norveç Helsinki Komitəsi”ndən 4 000 avro,

“Freedom House” təşkilatından 2 500 ABŞ dolları,

“Amerika Beynəlxalq Təhsil Şurası” təşkilatından 2 400 ABŞ dolları,

Almaniyanın Azərbaycandakı Səfirliyindən 1 500 avro və Fransanın Azərbaycandakı Səfirliyindən 700 avro Ümumilikdə 113 910 avro və 210 794 ABŞ dolları həcmində vəsait.

Bundan əlavə, 210 468 ABŞ dolları və 77 815 avro məbləğdə ilkin layihələndirilmiş sənədlər aşkar edilib.

Həmin sənədlərdə iştirakçı və icraçı qismində yuxarıda adları çəkilən şəxslərlə yanaşı müxalif fəallar Toğrul Vəliyev, Hafiz Babalı, Şəmistan Həziyev, Hacı Zeynallı, Sahilə Aslanova, Minəxanım Əliyarlı, Rübabə Quliyeva, Elnarə Qasımova və Nərgiz Absalamovanın da adları keçir.

“Abzas Media”nın sahibləri və müdafiəçiləri bu faktlara toxunmurlar. Sanki normal bir hal imiş kimi üzərindən keçirlər. “Qrant şəbəkəsinin” üzvü olan təşkilatlar heç bir dəqiqləşdirmə aparmadan bəyanatlar yayırlar. “Abzas Media”nın guya “müstəqil KİV qurumu olduğunu, direktor Ülvi Həsənlinin də məhz “həqiqəti yazdığına görə həbs edildiyini” bildirirlər. “Sərhədsiz Reportyorlar” operativ şəkildə bəyanat yayaraq, bunu “müstəqil mediaya təzyiq” kimi qiymətləndirib. Müdafiə bəyanatlarında iddia olunur ki, guya “Abzas Media” “ölkədəki korrupsiya hallarını araşdırdığı üçün susdurulub”. Soruşan yoxdur ki, özü korrupsiya və rüşvət içində batmış, qeyri-leqal fondlardan maliyyələşən bir “KİV qurumu” korrupsiya hallarını necə araşdırır?

İstintaq davam edir. Yəqin ki, prosesin gedişində indiyədək bilinməyən yeni nüanslar ortaya çıxacaq. Qanunsuz “Qrant trafiki” üçün tətbiq edilmiş maxinasiyaların üstü açılacaq. Hansı ki, o maxinasiyalardan təkcə “Abzas Media” istifadə etməyib. “Müdafiəçi təşkilatlar” da faydalanıblar.

Bu arada "Qafqazinfo" saytı da daha bir maraqlı faktın üstünü açıb.

Saytın yazdığına görə, ABŞ-ın Azərbaycandakı səfirliyi noyabrın 27-də Amerikada təhsil almış bir qrup azərbaycanlı məzunlarla görüş keçirəcək. 

Görüş Bakıdakı məşhur “JW Marriott Absheron” hotelində baş tutacaq. 

Məsələ burasındadır ki, tədbirin adı sözdə “məzunlarla görüşdür”.

Reallıqda isə bu, ABŞ-nin Azərbaycanda fəaliyyət göstərən öz agentura şəbəkəsinin bir araya gəlməsidir.

Aydın məsələdir ki, son günlərdə Azərbaycanla ABŞ arasında siyasi gərginlik hiss olunur. Bu gərginliyin nəticəsidir ki, istər Qərbdən, istərsə də ABŞ-nin özündən ölkəmizə qarşı ikili standartlar sərgilənir.

Təcili görüşün təşkil olunması da ABŞ-nin ölkəmizdə fəaliyyət göstərən agentura şəbəkəsinin tədricən ifşa olunmasından qaynaqlanır. Bu görüşdə ABŞ-də təhsil almış, əslində isə təhsil adı altında Amerikada olarkən məxfi əməkdaşlığa cəlb edilmiş bir qrup şəxslər iştirak edəcəklər.

Artıq iştirakçılara “Məzunların yubiley qalası” adlı dəvətnamə də göndərilib. “Tədbir” həmin gün 18:30-da başlayacaq. 

Əldə etdiyimiz məlumata görə, Azərbaycanın hüquq-mühafizə orqanları artıq məsələdən məlumatlıdır, iştirakçıların gələcəkdə ifşa olunması üçün tədbirin nəzarətə götürüldüyü bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6150
avatar

Oxşar yazılar