
Prezident Administrasiyasının yeni rəhbəri kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin Sərəncamı ilə Samir Rafiq oğlu Nuriyev Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.
Lent.az Samir Nuriyevin dosyesini təqdim edir.
Samir Rafiq oğlu Nuriyev mart ayının 9-u 1975-ci ildə Bakı şəhərində doğulub. 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.
1996-2003-cü illərdə müхtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində, 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində çalışıb.
2006-cı ildə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən 2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi olub.
Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə, 14 fevral 2018-ci il-ci il tarixli Sərəncamı ilə isə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri seçilib.
2015-ci ildən Azərbaycan Respublikası Memarlar İttifaqının fəxri üzvüdür.
Evlidir, 2 övladı var.
Oxşar yazılar

Almaniyanın yeni ən yaşlı kansleri Fridrix Merts: ONU TANI
28 fevral 2025 , 20:15
Azərbaycanda hakimlərin ömürlük təyin olunması təklif edildi
28 fevral 2025 , 14:33
Matvienko Bakıya gəlir
28 fevral 2025 , 12:46
Əli Əsədov niyə rusca danışıb? - İbrahim Məmmədovdan AÇIQLAMA
28 fevral 2025 , 12:40
Azərbaycanı Suriyada bu diplomat təmsil edəcək
28 fevral 2025 , 12:00
Kadırov qəzadan sağ çıxan AZAL bələdçilərini təltif edir
27 fevral 2025 , 20:01
Əfv Komissiyasının iclası keçirildi
27 fevral 2025 , 17:13