“Fəvvarələr” Meydanı polis və jurnalistlərin nəzarətində
0
0
APA-nın hadisə yerində olan əməkdaşlarının verdikləri məlumata görə, müxalifətin razılaşdırılmamış aksiyanın keçiriləcəyi əraziyə çoxlu polis qüvvələri cəlb olunub. Hadisə yerində çoxsaylı media nümayəndələri da var. Hələlik aksiya təyin edən müxalifət qüvvələrinin, İctimai Palatanın (İP) təmsilçiləri ərazidə görünmür.
Qeyd edək ki, bu gün Müsavat Partiyası və Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) bir qrup üzvünün polis tərəfindən saxlanması barədə məlumat yayıb. KXCP-nin Sumqayıt şəhər şöbəsinin sədri Şakir Məmmədovun və daha 4 üzvün saxlandığı açıqlanıb.