Gecə Bakıda elə hava olacaq ki...  - PROQNOZ
05 noyabr 2025 12:42 (UTC +04:00)

Gecə Bakıda elə hava olacaq ki... - PROQNOZ

0

Noyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 5-dən 6-na keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 6-11, gündüz 17-22, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 680

Oxşar yazılar