Bakıda siyasi hərarət yüksəldi
Bu gün YAP rəhbərliyi ilə partiyanın gənc üzvləri arasında görüş olub. APA-nın məlumatına görə, partiyanın Nizami rayon təşkilatında keçirilən görüşdə YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov, icra katibinin müavini Mübariz Qurbanlı, partiyanın Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva və YAP Gənclər Birliyinin sədri Seymur Orucov iştirak ediblər.
Görüşdə çıxış edən Ə. Əhmədov Azərbaycanın inkişafından, ölkədə gedən quruculuq işlərindən danışıb. YAP-ın 500 min üzvünün olduğunu deyən Ə. Əhmədov onların 40 faizinin gənclər olduğunu bildirib. O, bəzi hallarda Azərbaycan gənclərinin beyninin müxtəlif qüvvələr tərəfindən zəhərləndiyini, onların razılaşdırılmamış küçə yürüşlərinə, mitinqlərə cəlb olunduğunu vurğulayıb: “Biz, əlbəttə, bunu istəmirik. Bəzi qüvvələr gənclərdən öz məqsədlərinə çatmaq üçün vasitə kimi istifadə etmək istəyirlər. Müxalifətçilərin aprelin 2-də keçirmək istədiyi aksiya da bu qəbildəndir. Bu aksiyaya da gəncləri cəlb etmək niyyətindədirlər”.
Ə. Əhmədov gənc YAP-çılara həmin çirkin niyyətlərə ələt olmamaq istiqamətində tələbə dostları, digər gənclərlə iş aparmağı tövsiyə edib: “Sabahkı və indiyədək olan aksiyalara qoşulan gənclərin çoxu ya təsadüfən orda iştirak ediblər, ya da aksiya keçirənlərin əsl niyyətini bilməyiblər. Bu səbəbdən onları bu yoldan döndərə bilərik”.
AXCP sədri polisə çağrıldı
AXCP sədri Əli Kərimli Bakı Şəhər Baş Polis İdarəsində olub. APA-nın xəbərinə görə, AXCP sədri görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, onunla görüşdə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi Rafiq Abbasov və Bakı şəhər prokuroru Əziz Seyidov iştirak ediblər: “Görüşdə İctimai Palatanın aprelin 2-nə təyin etdiyi mitinqlə bağlı narahatçılıq ifadə olundu. Polis rəisi və prokuror bildirdilər ki, “Fəvvarələr” Meydanında mitinq keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayıb. Onlar aksiyanın İcra Hakimiyyətinin məqsədəuyğun saydığı yerdə keçirilməsini tövsiyə etdilər. Mən isə dedim ki, Azərbaycan Konstitusiyası bizə sərbəst toplaşmaq azadlığı hüququ verir və aksiyanı keçirməkdə israrlıyıq. Bizim aksiya dinc olacaq. Provokasiya olacağı halda isə biz məsuliyyət daşımayacağıq”.
Ə. Kərimli, həmçinin görüşdə son günlər müxalifət partiyaların üzvlərinin polis tərəfindən saxlanılması və dünən onun evinin qarşısında keçirilən aksiya ilə bağlı etirazını bildirdiyini də deyib.
Qeyd edək ki, BŞBPİ-nin binası qarşında ATƏT-in Bakı Ofisinin, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin və Böyük Britaniya səfirliyinin əməkdaşları da var.
Müsavat başqanına da xəbərdar edildi…
Müsavat Partiyasının başqanı İsa Qəmbər də Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) olub. İsa Qəmbər görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, görüşdə BŞBPİ-nin rəisi Rafiq Abbasov və Bakı şəhər prokuroru Əziz Seyidov iştirak edib. Müsavat başqanı deyib ki, adı çəkilən şəxslər İctimai Palatanın aprelin 2-nə təyin etdiyi mitinqin şəhərin mərkəzində keçirilməməsini tövsiyə ediblər: “Onlar bildirdilər ki, Bakı Şəhər İcra Hakimiyyəti aksiyanın şəhərin mərkəzində keçirilməsinə razılıq verməyib. Mən isə dedim ki, sabaha qədər bizim tələbimiz yerinə yetirilməsə, aksiyanı məqsədəuyğun saydığımız yerdə keçirəcəyik”.
...İctimai Palata üzvlərinə də
İctimai Palatanın (İP) aprelin 2-nə təyin etdiyi aksiya ilə bağlı formalaşdırılan mitinq komitəsinin üzvləri - Tofiq Yaqublu, Əli Orucov və Fikrət Cəfərli Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) olublar.
Görüşdə BŞBPİ-nin rəis müavini Yaşar Əliyev və Bakı Şəhər Prokurorluğunun Polisə Nəzarət İdarəsinin rəisi Pənah Abbasov iştirak ediblər. Görüşdən sonra jurnalistlərə açıqlama verən Əli Orucov bildirib ki, onlara İP-nin aprelin 2-də “Fəvvarələr” meydanına təyin etdiyi aksiya ilə bağlı xəbərdarlıq olunub: “Yaşar Əliyev dedi ki, aksiyada qarşıdurma olacaqsa, polis buna görə məsuliyyət daşımayacaq. Biz isə sabah konstitusion hüququmuzdan istifadə edib aksiya keçirəcəyimizi dedik. Onu da qeyd elədik ki, baş verəcək xoşagəlməz insidentlərə görə məsuliyyəti biz daşımayacağıq”.
Mitinq komitəsinin üzvü Fuad Qəhrəmanlı da BŞBPİ-yə çağırılıb, lakin o, görüşdə iştirak etməyib.
Gənclər Əli Kərimlinin evinin qarşısında…
Bu gün bir qrup gənc Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadığı evin qarşısında yenidən etiraz aksiyası keçirib. APA-nın məlumatına görə, aksiya iştirakçıları Ə. Kərimlini Azərbaycanda xaos yaratmaqda günahlandırıb.
İştirakçılar Azərbaycanda radikal müxalifətə yer olmadığını deyərək “Satqınlara ar olsun!”, “Vətən xainlərinə ar olsun!” və digər bu kimi şüarlar səsləndirib və plakatlar tutublar.
Qeyd edək ki, analoji aksiya martın 31-də də təşkil olunmuşdu. Ə. Kərimlinin evinin qarşısında daha bir aksiyanın aprelin 2-də də keçiriləcəyi gözlənilir.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29