İqdırda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans keçirilib
Lent.az-ın məlumatına görə, tədbirə Türkiyə Dövlət İşçiləri Həmkarlar təşkilatının İqdır şöbəsi və Azərbaycan və Türkdilli Xalqların Əməkdaşlıq Təşkilatı – ATXƏM-in dəstək verib. “İqdır və bölgədə azərbaycanlılara qarşı soyqırımları və erməni iddiaları” mövzusunda konfransa Azərbaycan parlamentinin deputatları Fəttah Heydərov, Qənirə Paşayeva, Azay Quliyev, Musa Qasımlı və Fazil Mustafa iştirak ediblər. Konfransa həmçinin Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Elnar Məmmədov qatılıb.
Konfransdan öncə İqdırda Türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə və muzeyi, Atatürk və Heydər Əliyevin abidələrini ziyarət edən nümayəndə heyəti İqdır valiliyində və şəhərin iş adamları ilə İqdır və Türkiyə-Azərbaycan əlaqələri haqqında müzakirələr aparıblar. Azərbaycan parlamentinin deputatları Azərbaycanlıların soyqırımı günü münasibətilə konfransın təşkilatçısı TÜRKSAM və TAD-ın rəhbəri Sinan Oğana və Türkiyədəki azərbaycanlılara Azərbaycanın apardığı haqq savaşında ölkəmizin və xalqımızın yanında olduğuna görə təşəkkürlərini bildiriblər.
Azərbaycan parlamentinin deputatı Fəttah Heydərov konfransda çıxışı zamanı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən bir milyondan artıq azərbaycanlının qaçqına çevrildiyini bildirib. “Türkiyə və bütün dünya, ermənilərin yenidən vəhşiliklər törətməməsi, qan tökülməməsi və insanların ölməməsi üçün onlardan bu hərəkətlərini dayandırmalarını tələb etməlidir”, - söyləyən Fəttah Heydərov ermənilərin 1915-ci ildə Qubada törətdikləri qətliamları daha sonra Anadoluda davam etdirdiklərini qeyd edib.
Deputat Fazil Mustafa öz çıxışında qeyd edib ki, azərbaycanlılarla türklərə qarşı törədilən bu hərəkətlər erməni millətçiləri əleyhinə mücadilə ruhunu zəiflətməməlidir.
Millət vəkili Qənirə Paşayeva 31 mart tarixinin Azərbaycanlıların soyqırımı günü olduğunu söyləyərək, ermənilərin törətdiyi qətliamların bütün meydançalarda qaldırılmasının vacibliyini və bu soyqırımını həyata keçirənlərin dünya birliyi qarşısında hesab verməli olduqlarını deyib. Onun fikrincə, ermənilər törətdikləri cinayətlərin cəzasını almalıdırlar, çünki dünya erməniləri cəzalandırmadıqca onlar hər fürsətdə türk millətinə qarşı qətliam həyata keçirirlər.
TÜRKSAM və TAD rəhbəri Sinan Oğan azərbaycanlıların bu torpaqlarda 100 il və 19 il əvvəl Xocalı və Dağlıq Qarabağda məruz qaldıqları qətliam qurbanlarının xatirəsini yad etməsinin gələcək nəsillərin ermənilərin törətdiyi bu vəhşilikləri unutmamasına imkan verəcəyini söyləyib. Türk şəhidlərinin abidəsini və muzeyini uçurmaq istəyənlərin olduğunu qeyd edən Sinan Oğan İqdırlıların buna imkan verməyəcəklərini, buranın uçurulmasının tarixin dağıdılması olduğunu bildirib. O, Azərbaycan prezidenti İlham Əliyevin bir millətin iki diasporu ifadəsinə əsaslanaraq bildirib ki, azərbaycanlılarla türklərin bunda sonra birgə keçirəcəyi tədbirlərlə ermənilərin törətdiyi soyqırımını bütün dünyaya qəbul etdirə biləcəklərinə əminliyini vurğulayıb.
İqdırda keçirilən bu konfransa İqdır Kültür Dərnəyinin rəhbəri Ənvər Türkoğlu, Azərbaycanlılar və Türkdilli Xalqların Əməkdaşlıq Təşkilatı (ATXƏM) rəhbəri İlham İsmayılov, İqdırlı iş adamları da qatılıblar.
Konfrans zamanı millət vəkili Qənirə Paşayevanın Qazax rayonunun Bağanis Ayrım kəndində ermənilərin həyata keçirdiyi soyqırımından bəhs edən “Ermənilərin törətdiyi Soyqırımı Qurbanı: Bağanis Ayrım” kitabının təqdimatı keçirilib və kitab tədbir iştirakçılarına paylanıb. Konfrans çərçivəsində Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının İqdır və bölgə üçün çox təhlükəli olduğu qeyd olunub və onun təcili olaraq bağlanması ilə bağlı müraciət səsləndirilib.
TAD və TÜRKSAM rəhbəri Sinan Oğan Azərbaycan parlamentinin deputatlarına və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsinə İqdırı ziyarət etdikləri üçün təşəkkürünü bildirib.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29