Strasburqda Xocalı mitinqi keçiriləcək
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Strasburq “Azərbaycan Evi” ilə birgə Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı 24-27 fevral tarixlərində Strasburq şəhərində silsilə tədbirlər keçirəcək.
Mərkəzdən Lent.az-a verilən məlumata görə, tədbirlərə Fransada fəaliyyət göstərən Türk diaspor təşkilatları da dəstək verəcəklər.
ATXƏM “Xocalıya ədalət” kompaniyası çərçivəsində fevralın 26-da saat 14.00-16.00 radələrində Strasburq şəhərinin Kleber meydanında mitinq keçirməyi də nəzərdə tutub
Tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində ATXƏM-in sədri İlham İsmayılov, Prezident Administrasiyası İctimai-siyasi şöbənin diasporla iş üzrə sektor müdiri Qafar Əliyev, Milli Məclisin üzvü Fuad Muradov və Dağlıq Qarabağ Azərbaycanlıları İcması İdarə Heyətinin üzvü, Xocalı faciəsinin şahidi Cavid Əliyev iştirak edəcəklər.
Qeyd edək ki, ATXƏM və Strasburq "Azərbaycan Evi"nin ötən il Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı Strasburqda keçirdiyi mitinqə ermənilər müdaxilə etməyə çalışaraq, mitinqin baş tutmamasına çalışıblar. Lakin Strasburq hüquq-mühafizə orqanları yarana biləcək insidentin qarşısını alaraq, erməniləri Kleber meydanından uzaqlaşdırıblar. Bu il Strasburqda keçiriləcək mitinqin daha möhtəşəm keçəcəyini və ermənilərin yenidən mitinqdə insident yaratmağa cəhd göstərəcəkləri nəzərə alınaraq təşkilatçılar tərəfindən Strasburq hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29