Azərbaycandakı türkiyəli iş adamları bəyanat verdi
“Türkiyə iş adamları işlərini həmişəki qaydada davam etdirirlər”
“Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) son günlər Azərbaycan və Türkiyə arasında münasibətlərin gərginləşdirilməsi istiqamətində atılan provokativ addımları böyük narahatçılıq və gərginliklə izləyir. ATİB bildirir ki, bu cür provokativ şayiələrdən biri də guya Azərbaycanda Türkiyə iş adamlarına qarşı təzyiqlərin edilməsi ilə bağlıdır”.
Bu barədə ATİB-in mətbuat xidmətindən Lent.az-a daxil olan bəyanatda bildirilib.
“Bununla bağlı bəyan edirik ki, Azərbaycanda Türkiyə iş adamlarına qarşı təzyiqlərin edilməsi ilə bağlı şayiənin heç bir əsası yoxdur və Türkiyə iş adamları Azərbaycanda fəaliyyət göstərən digər yerli və xarici iş adamları kimi işlərini həmişəki qaydada davam etdirirlər” – deyə, sənəddə qeyd olunub.
Azərbaycan Türkiyə İş Adamları Birliyi hər iki ölkənin vətəndaşlarını bu cür provokativ addımlara uymamağa və soyuqqanlı hərəkət etməyə çağırır.

609