“Münaqişə həll olunmayana qədər Türkiyə-Ermənistan münasibətləri normallaşmayacaq”
21 oktyabr 2009 14:30 (UTC +04:00)

“Münaqişə həll olunmayana qədər Türkiyə-Ermənistan münasibətləri normallaşmayacaq”

Abdulla Gül Azərbaycan Prezidenti ilə telefon söhbətində belə deyib

Oktyabrın 21-də Türkiyə Prezidenti Abdulla Gül Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Azərbaycan Prezidentinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, telefon söhbəti zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Türkiyə-Ermənistan münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyə Prezidenti Abdulla Gül bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması mümkün deyil.

Azərbaycan Prezidenti bu mövqeyə görə minnətdarlığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 678

Oxşar yazılar