Ümid Müsavata cavab verdi
“Müsavat Partiyasının bu dağıdıcılıq fəaliyyətinin durmayacağı təqdirdə əməkdaşlığımızın davam etdirilməsi mümkünsüzdür”
Ümid Partiyası Müsavat Partiyasının bu gün yaydığı bəyanatına cavab verib. Partiyanın mətbuat xidmətindən Lent.az-a daxil olan bəyanatda təəssüflə deyilir ki, hakim düşərgənin Qarabağ və Respublika Uğrunda Hərəkatı dağıtmaq arzularının gerçəkləşməsində əsas missiyanı Müsavat Partiyası həyata keçirmiş oldu: “Bu partiyanın son günlər ərzində sərgilədiyi mövqe açıq şəkildə müxalifətin əsas birliyinin sütunlarını hədəfə almış oldu. Burada Müsavat Partiyası tərəfindən ilkin olaraq Ümid Partiyasının hədəf kimi seçilməsi də təsadüfi deyildi. Çünki Müsavat rəhbərliyi məhz Ümid Partiyasının seçki komissiyalarındakı nümayəndələrini bəhanə gətirərək hakimiyyət tərəfindən qoyulan öhdəliyə əməl etmiş oldular. Bələdiyyə seçkilərində iştirak qərarı verdiyimiz anda seçki komissiyalarında müxalifətin yeganə təmsilçiliyini həyata keçirən Ümid Partiyasının qarşısına imtina şərtinin qoyulması faktı əslində Müsavat Partiyasının dağıdıcılıq missiyasının ideya lokomotivi idi.
Müsavat Partiyası bu öhdəliyini digər partiyaları hədəfə seçməklə də həyata keçirə bilərdi. Əslində bu da gözlənilir. Belə olan təqdirdə sual edirik: Müsavat Partiyası ilə əməkdaşlığı davam etdirməyinə dəyərmi?
Özünün tarixi keçmişində neçə-neçə müxalif birliyi dağıtmış Müsavat Partiyası Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatını da “Demkonqres”i, “SİDSUH”u, “Azadlıq” blokunu dəfn etdiyi “müxalif ittifaqlar qəbirstanlığı”nda gömmək niyyətindədir. Məhz Müsavat Partiyasının anlamsız cığallığı səbəbindən müxalifətə aid heç bir siyasi blok uğura imza ata bilməyib və bütün nəticələr eynidir: Müsavat Partiyasının qeyri-konstruktivliyinin doğurduğu parçalanma.
Sual olunur: nədən Müsavat Partiyası 3 il əvvəl imtina etdiyi, əməkdaşlığı mümkünsüz hesab etdiyi, parlament naminə rədd etdiyi ADP və AXCP ilə yenidən bir yerdə olmaq istəyir? Yenədəmi onların hesabına mandat qazanıb, onları prosesdışı qoymaq niyyətindədir? Bildirək ki, bütün bunlar həm də hakimiyyətin marağındadır və məhz hakimiyyət-Müsavat ortaqlığının təcəssümüdür.
Əslində hər şey 2010-cu ilin parlament seçkilərinə hesablanıb və yenidən müxalifət cameəsinin brendinə tamah salan Müsavat Partiyası məhz hakimiyyətin istəyinə uyğun olaraq Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatını hədəfə götürməklə öz dağıdıcılıq missiyasını davam etdirməkdədir. Bu isə o deməkdir ki, əslində yalnız müxalifət düşərgəsini yox, bütünlükdə olaraq Azərbaycanın müxalif elektoratının siyasi maraqlarını təhlükə altına atan Müsavat Partiyası bütün cəmiyyət və müxalifət partiyaları tərəfindən açıq şəkildə qınanmalıdır. Biz isə bəri başdan bəyan edirik: Müsavat Partiyasının bu dağıdıcılıq fəaliyyətinin durmayacağı təqdirdə əməkdaşlığımızın davam etdirilməsi mümkünsüzdür!”

516