“Türkiyə-Azərbaycan münasibətləri: son durum”
Bu gün Bakıda Milli QHT Forumu və “Azəri-Türk” Qadınlar Birliyinin təşkilatçılığı ilə “Türkiyə-Azərbaycan münasibətləri: son durum” mövzusunda keçiriləcək konfransına keçirilib.
Lent.az-ın məlumatına görə, konfransda siyasətçilər, QHT rəhbərləri, hüquq müdafiəçiləri, elm adamları iştirak edib.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxışında deyib ki, Azərbaycan QHT-ləri başqa dövlətlərin işinə qarışmır, həmçinin iki ölkə arasındakı imzalanan sənədlərə münasibət açıqlamır: “Lakin burada söhbət Azərbaycanın mənafeyindən gedir”.
“Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının sözlərinə görə, Azərbaycanı dəstəkləyən türklərə təşəkkürünü bildirib. Azərbaycan bayrağının Türkiyə-Ermənistan matçı zamanı Bursadakı stadiona buraxılmadığını xatırladan Rüstəmxanlı “əsas odur ki, həmin bayraq türklərin ürəyindədir” deyib.
“Türkiyə baş nazirinin Mili Məclisdə verdiyi bir söz var. Əgər o həmin sözə əməl etməsə, yəni torpaqlar qayıtmamış sərhəd açılsa, baş nazir türklərin və azərbaycanlıların üzünə necə baxacaq?” – deyə, T.Rüstəmxanlı əlavə edib.
Hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, Türkiyə parlamentinin üzvü Atilla Kaya birgə Qarabağ Komitəsi yaratmağı təklif edib: “O dedi ki, Qarabağ Komitəsi sərhədlərin açılmasını ən azı 5-6 ay yubada bilər”.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə hüquq müdafiəçisi Novella Cəfəroğlu təklif edib ki, Azərbaycanı dəstəkləyən türklərə təşəkkür, ABŞ və Rusiyanın xarici işlər nazirlərinə isə etiraz məktubu göndərilsin.
Sonda QHT-lər sərhədlərin açılmaması ilə bağlı Türkiyə ictimaiyyətinə müraciət qəbul edib.
Pərvin ABBASOV

Oxşar yazılar

Prezident Ağdamdan səmimi görüntülər paylaşdı
10 may 2025 , 20:10
Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunub
10 may 2025 , 16:35
Ermənistanın Hindistana verdiyi dezinformasiya dəstəyi ifşa olundu
10 may 2025 , 14:26
XİN-dən Aktaudakı təyyarə qəzası ilə bağlı AÇIQLAMA
10 may 2025 , 12:03
Ermənilər ordumuzu atəşə tutdu
10 may 2025 , 11:33
Prezidentdən Heydər Əliyevin doğum günü ilə bağlı PAYLAŞIM
10 may 2025 , 00:23
İki nüvə dövləti üz-üzə gəldi: Hindistan və Pakistanın hərbi gücü -VİDEO
9 may 2025 , 16:25